“2022-ci ilin 12 ayı ərzində bələdiyyəmizə rəsmi orqanlardan 56 ədəd sənəd və məktub daxil olub”- bu barədə Belediyye.infoya məlumatı Ağdaş rayonu Qaradağlı bələdiyyəsinin sədri əli Musayev bildirib.
Sədrin sözlərinə görə, daxil olan məktublardan 5 ədədi yerli icra hakimiyyəti orqanından, 40 ədədi ədliyyə Nazirliyinin Göyçay Regional ədliyyə idarəsindən, 11 ədədi digər idarə və təşkilatlardan göndərilib.
Sədr açıqlamasında bildirib ki, Göyçay Regional ədliyyə idarəsindən göndərilən tövsiyə, təlimat və məlumat xarakterli sənədlər, qanun və qaydalardan çıxarışlar müzakirə olunmuş və istifadə üçün qeydiyyata alınmışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq nəzarət qaydasında baxılması üçün ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir. Bələdiyyələrin fəailiyyətini gücləndirmək üçün lazım olan ən mühüm məsələlərlə bağlı tövsiyələr Bələdiyyələrlə iş Mərkəzi tərəfindən bələdiyyələrə göndərilmişdir. Bələdiyyələrin fəaliyyətində mühüm amil olan yerli vergilərin toplanmasında yaranan problemlərin də həllinə köməklik göstərilməsi məqsədi ilə Göyçay Regional ədliyyə idarəsinin təşkil etdiyi seminarlar fəaliyyətimizə xeyli dəstək verir.
Belediyye.info